Bu gündən testi neqativ çıxan şəxslərə SMS göndərilməsinə başlanılıb
22 May 2020 18:41 Sosial"Bu gündən test nəticəsi neqativ çıxan şəxslərə SMS göndərilməsinə başlanılıb".
Bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, testdən keçən şəxslər yaşadıqları ərazi üzrə sahə poliklinikasına müraciət edib cavablarını götürə bilərlər.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31