Son durum: 106 yoluxma, 59 sağalma - TƏBİB açıqladı

Bu gün 106 yoluxma faktı qeydə alınıb, 59 nəfər sağalıb, 2 nəfər dünyasını dəyişib.

Bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bu günə qədər 3855 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 2399 nəfər sağalıb, 46 nəfər dünyasını dəyişib. 1410 xəstənin müalicəsi davam etdirilir. 13 nəfər süni tənəffüs aparatına qoşulub.

Bu gün 6659 test aparılıb. Hazırkı dövrədək ölkəmizdə 259 155 test tətbiq olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31