Karantin rejimi ilə bağlı qərar veriləcək - İbrahim Məmmədov
22 May 2020 17:38 SosialOperativ Qərargah ölkədəki yoluxma prosesini izləyib, statistikaya baxıb.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Müşahidələr əsasında xüsusi karantin rejimində sərtləşməyə ehtiyac olmadığı nəticəsinə gəlinib. Bəli, bir sıra ölkələrdə karantin rejimində sərtləşdirmələr olsa da, Azərbaycanda buna ehtiyac yoxdur.
Lakin karantin rejiminin ləğv olunması müzakirə mövzusu deyil. Yaxın günlərdə bununla bağlı məlumat veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31