MOK- un təşəbbüsü ilə üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub

Mayın 22-də MOK-un PR və media məsələləri şöbəsinin təşəbbüsü ilə Olimpiya  idman növləri üzrə bəzi milli federasiyaların mətbuat katibləri  ilə video formatda görüş olub. MOK-dan "OLAYLAR"-a bildirilib ki, görüşdə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat xidmətləri ilə əməkdaşlığı daha da möhkəmləndirmək və qarşılıqlı informasiya mübadiləsi şəraitində fəaliyyəti davam etdirmək haqqnda fikir mübadiləsi aparılıb. Mətbuat  katibləri bu illər ərzində ilk dəfə baş tutan belə bir görüşün birgə fəaliyyət imkanlarını genişləndirdiyini bildiriblər. Qarşılıqlı əməkdaşlığa dair planlar müzakirə olunub.  Postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, MOK və Olimpiya  idman növləri üzrə bəzi milli federasiyalar birgə onlayn layihələr gerçəkləşdirə bilər. Layihələrin pr və tanıtımı məqsədilə müştərək çalışmaların aparılması da nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31