Aşıq Rusiyada vəfat etdi - Yaxınları nəşi Azərbaycana gətirə bilmir
22 May 2020 14:53 SosialAzərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.
Bu haqda şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayırmış.
Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.
Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.

Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31