VI "Virtual əlaçı" bilik yarışmasına start verilir
Mayın 22-dən etibarən VI "Virtual əlaçı" bilik yarışmasına start verilir.
22 May 2020 11:51 SosialMayın 22-dən etibarən VI "Virtual əlaçı" bilik yarışmasına start verilir.
Təhsil Nazirliyindən Olaylar.az- a bildirilib ki, yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında "Teams -> General" bölməsindən "Testlər" altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.
Qeyd edək ki, V "Virtual əlaçı" bilik yarışmasının nəticələri artıq elan olunub. V həftənin əlaçılarını da diqqətinizə çatdırırıq.
Yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.