Sahibkarlar prezidentə təşəkkür etdi : ƏBÜLFƏZ QARAYEVLƏ BAĞLI

Cənab Prezident, sahibkarlar adından təşəkkür edirəm!

Əbülfəs Qarayevlə bağlı sərəncamınızı neçə ildir gözləyirdik. Mən sizə hələ 2016-cı ildə Mədəniyyət Nazirliyinin büdcə talanları ilə bağlı 10 səhifəlik müraciət etmişdim. Ötən illərdə çoxlu belə müraciətlərim olub. Hamısını da sosial şəbəkədə ictimailəşdirmişəm. Mətbuatda işıqlanıb, amma sonda Əbülfəs Qarayev mətbuatda gedən məlumatları bir-bir nə təhərsə yox etdirib. Son 5 ildə mənim şikayətlərimlə bağlı mətbuatda tonlarla material var idi, indi axtarış verirəm, demək olarki hamısı yoxa çıxıb (çıxarılıb). Nəhayət ki, haqq öz yerini tapdı. Bəs Əbülfəs Qarayevin dövlət büdcəsindən oğurladığı milyardlarla manat vəsaitlər necə olsun? İndi isə sizdən sabiq nazir, onun korrupsioner komandası və büdcə vəsaitlərini havaya sovuran reket şirkətlərin səlahiyyətlilərinin ədalət məhkəməsi qarşısında cavab verməsi və silsilə cinayətlərinin araşdırılması üçün qərar verilməsini xahiş edirəm. Ötən il Əbülfəz Qarayev SİNAM şirkəti ilə əlbir olub, 'Azərbaycanın mədəniyyət sahəsini və məkan məlumatlarını əhatə edən coğrafi informasiya sistemləri (GİS) və elektron xəritə üzərindən naviqasiya portalının (culturemap.az) yaradılması' üzrə tenderdə saxtakarlıq etdilər. Üç Azərbaycan İT şirkəti (Neuron Technologies, DATUM, eMobile) və Türkiyənin ən böyük GİS şirkətindən ibarət təşkil etdiyimiz Konsorsiumun tenderdə iştirakına ciddi maneçilik yaratsalar da, min bir zülümlə iştirak etdik, lakin sonda sabiq Nazir Əbülfəs Qarayev müqaviləni əvvəlcədən otkat mexanizmini razılaşdırdığı SİNAM şirkəti ilə bağladı. Bu gün həmin portalı (www.culturemap.az) açıb görürəm ki, SİNAM şirkətinin hazırladığı xəritə bölməsi tenderin əsas şərtlər toplusundakı tələblərin heç 10 faizini də əhatə etmir. Deməli, belə çıxır ki, tenderin əsas şərtlər toplusundakı o 'kompleks' texniki və funksional tələblər, yüksək səviyyəli rəqəmsal xəritə tələbləri bilərəkdən şişirdilib. Bu, özü-özlüyündə cinayət məcəlləsinin predmetidir. Çünki, bu xəritənin hazırlanması üzrə keçirilən tenderdə rəhbərlik etdiyim şirkətin qatıldığı Konsorsiumu həyasızcasına uduzduran Mədəniyyət Nazirliyi SİNAM şirkəti ilə 300,000 AZN məbləğində müqavilə imzaladı. 300,000 manat! Göyə sovruldu bu pul. Digər yüz milyonlar kimi. Buyurun, sorğu edin həmin tenderin tələblərini və SİNAM tərəfindən sonda hazırlanan xəritə ilə müqayisə edin. Əgər tenderin predmeti www.culturemap.az saytındakı xəritəni tələb edirdisə, biz bu işə ən çoxu 30,000 manat qiymət təklifi verərdik. Adi, primitiv və qeyri-dinamik bu cür xəritəyə görə yüz minlərlə manatı bu korrupsionerlər necə rahat həzm edə bilir, mən çaşıb qalmışam. Bu cür haqsız rəqabəti qınayıram. Bu, mütəşəkkil cinayət əməlidir və bu cinayət işinin iştirakçıları müttəhimlər kürsüsündə əyləşməlidir..

.Ismayıl Ələkbərov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31