Azərbaycanda jurnalist koronavirusa yoluxdu

İdman sahəsi üzrə fəaliyyət göstərən jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, jurnalist bu barədə şəxsi "Facebook" hesabında paylaşım edib. O, iki həftədir güclü öskürək və yüksək qızdırmadan əziyyət çəkdiyini bildirib:

"İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31