Karantin üçün ayrılmış yerlərdə 2 300 kubmetr tullantı zərərsizləşdirilib - Nazir

Nazirliyimiz pandemiya dövründə Operativ Qərargahın bütün qərarlarına əməl edir. Bu dövr ərzində əməkdaşlarımızdan heç kim virusa yoluxmayıb.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, təhlükəli tibbi tullantıların idarə olunması nazirlik tərəfindən həyata keçirilən tədbirlər arasında prioritet təşkil edir: "Tibbi tullantılar təhlükəliliyinə görə A, B, C, D kateqoriyalarına bölünüb. C, D kateqoriyalarına daxil tullantılar xüsusi təhlükəli hesab olunur".

Nazir qeyd edib ki, karantin üçün ayrılmış yerlərdə 2 300 kubmetr tullantı zərərsizləşdirilib: "Bunlar Abşeron rayonu, Şəmkir və digər bölgələrdə utilizasiya edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31