Axtarşıda olan şəxs saxlanıb
21 May 2020 15:48 SosialAxtarışda olan S.Pənahov saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Pənahov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 1 mağazadan, 1 gözəllik salonundan, 1 şirniyyat sexindən pul oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31