Prezident onları əfv edəcək - Komissiya işə başladı
10 Fevral 2019 09:27 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası fevralın 8-də iclas kecirib.
Komissiyasından BakuPost-a daxil olan məlumata görə, iclasda əfv üçün müraciət edən 100 nəfərin işinə baxılıb. Bildirilir ki, Novruz bayramı ərəfəsində gözlənilən növbəti əfv üçün 1000-ə yaxın müraciət olunub.
Yaxın günlərdə digər müraciətlərə də baxılıb, ölkə başçısına təqdim ediləcək.
Əfv olunacaq şəxslər arasında bir neçə siyasi məhbusun da olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31