İlham Əliyev zəlzələ zonasında
7 Fevral 2019 11:52 SosialFevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.
Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxdı, sakinlərlə söhbət etdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31