Oksana ana olduqdan sonra ilk dəfə – “Qaragöz”dən FOTOLAR
17 Oktyabr 2018 15:14 SosialÖtən gün Nizami Kino Mərkəzində "Qaragöz" filminin təqdimat mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, azərbaycanlı məşhurların rol aldığı ekran işinin təqdimatına filmin çəkiliş və aktyor heyəti, şou-biznesin, sənət dünyasının tanınmış simaları qatılıb.
Qırmızı xalı üzərindən keçən məşhurlar film haqqında təəssüratlarını bölüşüb.
Ana olduqdan sonra ilk dəfə media qarşısına çıxan Oksana Rəsulova bildirib ki, çəkilişlər maraqlı keçib. Hər şey ürəyincə olub.
E.Cəfərov canlandırdığı obrazın Mirzə Fətəli Axundovun "Sərgüzəşti-mərdi-xəsis" pyesindəki "Hacı Qara" ilə oxşarlıqlarının olduğundan danışıb: "Qara olduqca xəsis insandır. İndiyədək ifa etdiyim ən ağır rol olduğunu deyə bilərəm. Çünki film ərzində bu rolun xarakteri 4-5 dəfə dəyişir. Ekran işinin sonunda Qara tamam başqa bir insana çevirilir. Filmdə xəsislik, ata qayğısı, sevgi, ağlamaq, faciə var. Ekran işinin içində isə "Arşın mal alan" tamaşasını ifa edirik. Orada Əsgər rolunu ifa edirdim. Bu, çox ağır roldur. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Film nümayişindən öncə Rüstəm Zeynallının müşayiəti ilə orkestr "Qaragöz" filminin musiqisini canlı ifa edib.







