Əməkdar elm xadimi şəxsi kitabxanasını universitetə hədiyyə etdi
Azərbaycan Dillər Universitetində Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və rus dilinin tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Əməkdar elm xadimi" fəxri adına layiq görülən, Bakı Slavyan Universitetinin professoru Lidiya Mixaylovna Qranovskaya ilə görüş keçirilib. Görüşdə L.M.Qranovskaya şəxsi kitabxanasına məxsus olan 10 cildlik “История XIX века” və 65 cildlik “Большая Советская Энциклопедия: История до Камбиформ” və digər yüzlərlə dəyərli kitablardan ibarət şəxsi kitabxanasını ADU kitabxanasına hədiyyə edib.
29 İyun 2018 08:19 SosialAzərbaycan Dillər Universitetində Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və rus dilinin tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Əməkdar elm xadimi" fəxri adına layiq görülən, Bakı Slavyan Universitetinin professoru Lidiya Mixaylovna Qranovskaya ilə görüş keçirilib. Görüşdə L.M.Qranovskaya şəxsi kitabxanasına məxsus olan 10 cildlik "История XIX века" və 65 cildlik "Большая Советская Энциклопедия: История до Камбиформ" və digər yüzlərlə dəyərli kitablardan ibarət şəxsi kitabxanasını ADU kitabxanasına hədiyyə edib.
Olaylar.az bildirir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla L.M.Qranovskayanın gənclik illərində böyük həvəs və enerji ilə çalışdığının şahidi olduğunu söyləyib. Rektor K.Abdulla qonağa bu addımına görə təşəkkürünü bildirib və yüksək qiymətləndirib. K.Abdulla L.M.Qranovskayaya universitetin simvolik hədiyyələrini və özünün müəllifliyi ilə yenicə çapdan çıxmış "Azərbaycan tərcümə ensiklopediyası" kitabını təqdim edib.
L.M.Qranovskaya rektor Kamal Abdullaya göstərdiyi diqqətə görə dərin təşəkkürünü bildirib. Bunun başlanğıc olduğunu diqqətə çatdıran L.M.Qranovskaya tələbələrə həmişə kitabın lazım olacağını söyləyib.