Türkiyə EA prezidenti: "Türk alimləri üçün ortaq mükafatların təsis edilməsi çox əhəmiyyətlidir"

Türk ölkələrinin alimləri üçün ortaq mükafatların təsis edilməsi çox əhəmiyyətlidir.

Bunu Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Ahmet Cevat Acar deyib.

Onun sözlərinə görə, Azərbaycanın türk ölkələri arasında elm və təhsil sahəsi üzrə nüfuzlu yeri var.

İlk dəfə Azərbaycana 1990-cı illərin əvvəllərində səfər etdiyini deyən Ahmet Cevat Azərbaycanın bu müddətdə sürətli şəkildə inkişaf etdiyini söyləyib.

Türk ölkələri arasında əlaqələrin daha da inkişaf etməsini vacib sayan akademiya prezidenti onu da qeyd edib ki, türk ölkələrinin ortaq dəyərləri çoxdur: "Bir qədər fərqli olsa da, eyni dildə danışırıq. Eyni inanc dəyərlərini paylaşırıq. Dünya ölkələri bir çox məsələlərdə birləşərkən bizim bir-birimizdən ayrı qalmağımız düzgün olmaz. Əlbəttə, hər bir ölkə müstəqilliyini davam etdirsin, buna mane ola bilmərik. Amma biz həm öz aramızdakı əlaqələri daha yaxşı inkişaf etdirməliyik".

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31