Beş Olimpiadanı işıqlandırmış azərbaycanlı fotojurnalist vəfat edib
Azərbaycanın tanınmış fotojurnalisti bu gün vəfat edib.
28 İyun 2018 12:25 SosialAzərbaycanın tanınmış fotojurnalisti bu gün vəfat edib.
Yaşar Xəlilov 84 yaşında dünyasını dəyişib.
Y.Xəlilov 11 aprel 1934-cü ildə Bakı şəhərində anadan olub. Tanınmış fotojurnalist "Azərbaycan Gəncləri" qəzetinin idman şöbəsində iş fəaliyyətinə başlayıb.
O, 1959-cu ildə indiki "Azərtac" dövlət informasiya agentliyinə dəvət olunur. Y.Xəlilov SSRİ-də tanınınmış və yüksək qiymətləndirilmiş şəxs olub. Respublikada yeganə fotojurnalistdir ki, 5 Olimpiadada (Münhendə, Monrealda, Moskvada, Los-Anjelesdə və Seulda) fotojurnalist kimi iştirak edib. Olimpiya çəkilişləri üzrə Yaponiyada "b Photo 6" və Gran-pri mükafatlarına layiq görülüb. Xəlilov "Qızıl qələm" mükafatının laureatı, respublikanın əməkdar jurnalisti və əməkdar incəsənət xadimi olub.
Allah rəhmət etsin!
"Report"