Həmidə Ömərovanın ailəsində ağır itki

Xalq artisti Həmidə Ömərovanın ailəsində ağır itki baş verib.Axşam.az-ın məlumatına görə, aktrisanın analığı dünyasını dəyişib. H.Ömərova bu haqda özü xəbər verib. O, "Yubileyinə hazırlaşırdıq... Sudabə ana, bacı-qardaşlarımın anası, mənim ikinci anam. Gülərüz, xoşxasiyyətli, təvazökar, mehriban anamız. Arzumuz ürəyimizdə qaldı. İkinci anam, atamın ikinci ailəsinin ömür-gün yoldaşı. Ən əsası gözəl insan. Anam rəhmətlikdən sonra arxa-dayaq bildiyim ikinci anam" sözlərini qeyd edib.Qeyd edək ki, mərhum H.Ömərovanın atasının ikinci həyat yoldaşıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31