Azərbaycanlı gənc ifaçı yenə rekord qırır – VİDEO

 

Azərbaycanlı gənc ifaçı sosial şəbəkələrdə məşhurlaşır.

BAKU.WS xəbər verir ki, Nahidə Babaşlı adlı gənc ifaçı böyük rəğbət qazanır. Gənc xanım "YouTube", "İnstagram" və "Facebook"da izlənmə rekordu qırır.

Gənc qız ifa etdiyi musiqiləri çoxsaylı izləyicilər tərəfindən bəyənilib və paylaşılıb.

"YouTube" video portalında onun paylaşdığı "Anlasana" musiqisi 3 gün ərzində 1 milyondan çox baxış toplayıb.

Həmin gəncin paylaşımlarını təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31