Nazirlik: "İyunun 7-dək çaylarda suyun səviyyəsinin artacağı gözlənilmir"

Son bir neçə gün ərzində yağan leysan yağışlar nəticəsində səviyyəsi qalxan bütün çaylarda hazırda enmə müşahidə edilir.

Son bir neçə gün ərzində yağan leysan yağışlar nəticəsində səviyyəsi qalxan bütün çaylarda hazırda enmə müşahidə edilir.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyevin sözlərinə görə, iyunun 5-də Böyük Qafqazın cənub yamacında qısamüddətli yağışlar gözlənilsə də, çaylarda suyun səviyyəsinin yenidən artacağı proqnozlaşdırılmır:

"İyunun 6-sı səhərdən 7-si gündüzədək əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Buna görə də iyunun 7-dək çaylarda suyun səviyyəsinin artacağı gözlənilmir".

Qeyd edək ki, Göyçayda sel suları nəticəsində avtomobil və piyada körpüləri dağılıb, İsmayıllıda isə güclü yağışlar evlərə və əkin sahələrinə ziyan vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31