Uşaqlar Atəşgah məbədində

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Q.Abbasov adına Mədəniyyət Sarayı “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda tədbir keçirib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Q.Abbasov adına Mədəniyyət Sarayı "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda tədbir keçirib.

Olaylar.az bildirir ki, aparıcı Bəhiyyə Nağıyeva tədbiri açaraq, gələn qonaqları salamlayıb və uşaqları bayram münasibəti ilə təbrik edib.

Tanınmış estrada müğənniləri Lelya Ramazanlı, Rəqsanə Əsədova, Leyla Hikmət, Taleh Orucovun ifaları uşaqlara bol sevinc bəxş edib.

Həmçinin 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin və 2 saylı Uşaq evinin yetirmələrinin çıxışları, rəqqasların "Sarı gəlin" rəqsi tədbirə xüsusi rəng qatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31