Aramsız yağan yağışlar Ağsuya da ziyan vurdu

İyun ayının 1-dən müşahidə edilən aramsız yağışlar və güclü külək Ağsu rayonuna da ziyan vurub.

İyun ayının 1-dən müşahidə edilən aramsız yağışlar və güclü külək Ağsu rayonuna da ziyan vurub.

Bu barədə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, güclü sel suları xüsusilə rayonun Maşadqanlı kəndinə ziyan vurub: "Maşadqanlı kəndinə gedən avtomobil yolunun bir hissəsi yararsız hala düşüb. Yolun bir hissəsi demək olar tamamilə dağılıb. Əraziyə zəruri texnika və canlı qüvvə cəld edilərək mövcud problemin həllinə başlanılıb. Bərpa işləri yekunlaşdırılana qədər kəndə müvəqqəti olaraq alternativ yol çəkilib"

İ. Mikayılov güclü yağışın kənd təsərrüfatına, taxıl sahələrinə də zərər vurduğunu bildirib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31