Qida Təhlükəsizliyi Agentliyinin sədri Lənkəranda sakinləri qəbul edib

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 2-də Lənkəran şəhər İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 2-də Lənkəran şəhər İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib.

"OLAYLAR"-a Agentliyin kommuniksiya və informasiya texnologiyaları şöbəsindən bildirilib ki, qəbula gələn vətəndaşlar əsasən Agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma, qida təhlükəsizliyi sahəsində həyata keçiriləcək islahatlar və və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Agentliyin sədri Q. Təhməzli vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.

Sədr vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31