“Gənc Əkinçi” Akademiyası yenidən başladı

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Gənc Əkinçi” Akademiyasının 3-cü mərhələsinə start verir.

"İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Gənc Əkinçi" Akademiyasının 3-cü mərhələsinə start verir.

Quba rayonunda həyata keçirilən layihənin açılış mərasimində "Gənc Əkinçi" Akademiyasının təqdimatı baş tutub. Daha sonra jurnalistlərin peşəkarlaşması istiqamətində jurnalistikaya dair fərqli mövzularda təlimlər həyata keçirilib. Peşəkar ekspertlər tərəfindən keçirilən təlimlər layihəyə qatılan gənc jurnalistlərə gələcək fəaliyyətlərində böyük tövhə və təkan verəcək.

"Gənc Əkinçi" Akademiyasının məqsədi virtual məkanda ölkə maraqlarının qorunması prosesinə gənc jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin, kütləvi informasiya agentliklərinin cəlb edilməsi, onlar arasında əlaqələrin möhkəmlənməsi, internet üzərində mövcud informasiya bazasının genişləndirilməsinə nail olmaqdır.

Təşkilatın mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu cür mötəbər tədbirlərin gənc jurnalistlərin həyat və yaradıcılığında böyük rol oynayacağına inanaraq "İrəli" İctimai Birliyi artıq 3-cü dəfədir ki, "Gənc Əkinçi" Akademiyasını həyata keçirir. Təşkilatın əsas məqsədi odur ki, jurnalistlər peşəkarlıqlarına peşəkarlıq qatıb nəinki azərbaycanda, ölkə hüdudlarından kənarda da öz sözünü deyən KİV nümayəndələrinə çevrilsinlər və sağlam rəqabət aparma bacarığına sahib olsunlar.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31