9 və 11-ci sinif şagirdlərinin nəzərinə

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən "Olaylar"a verilən məlumata görə, iyunun 21-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək. Buraxılış imtahanında iştirak edəcək şagirdlərhttp://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31