Media layihəsi çərçivəsində təlim keçirilib
“Loqos”un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində ikinci təlim keçirilib.
4 İyun 2018 11:59 Sosial"Loqos"un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsi çərçivəsində ikinci təlim keçirilib.
"OLAYLAR" xəbər verir ki, "KİV-də psixoloji maarifləndirmə" mövzusunda keçirilən təlimi filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı və "Loqos"un psixoloqu Rafiq Allahverdiyev aparıblar.
Təlimdən öncə PXTİB-nin icraçı direktoru Leyla Kərimova media layihəsinin əsasnaməsi haqqında məlumat verib.
Daha sonra mövzu əsasında təlim aparılıb və jurnalistlərin mövzu üzrə sualları cavablandırılıb.