Keçmiş ağac emalı zavodundakı yanğınla bağlı araşdırma 

Binəqədi rayonu, 7-ci mikrarayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində  havaya qatı tüstü yayılıb.

Binəqədi rayonu, 7-ci mikrarayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində  havaya qatı tüstü yayılıb.

Olaylar.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma işlərinə başanılıb. Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31