Azərbaycanlı imam həbs olundu

Dağıstan Respublikasının İzberbaş rayon məhkəməsi 21 yaşlı (bəzi məlumatlara əsasən 31 yaşlı) Azərbaycan vətəndaşı İlqar Vaqif oğlu Əliyevi 8 il müddətinə azadlıqdan məhrum edib.

O, "Nurçular" təriqətinə gəncləri cəlb etməkdə ittiham olunur.

Oxu.Az Rusiya KİV-in istinadla xəbər verir ki, İlqar Əliyev Cinayət Məcəlləsinin 1, 1.1 maddəsi üzrə təqsirli bilinib.

Məlumata görə, o, Fətullah Gülənin Dağıstandakı imamı funksiyasını yerinə yetirirmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31