"Dünya gözəli-2018"-in qalibi yol qəzasında öldü
3 İyun 2018 16:51 Sosial"Dünya gözəli-2018" gözəllik müsabiqəsinin qalibi Saniya Şakirova Qırğızıstanda yol qəzasında həlak olub.
Virtualaz.org bildirir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinə istinadən TASS agentliyi məlumat yayıb.
Hadisə İssık-Kul vilayətində Balıqçı-Qaraqol şosesində baş verib. S. Şakirovanın olduğu taksinin sürücüsü idarəetməsini itirib və avtomobil divara çırpılıb. Qəza nəticəsində S. Şakirova həyatını itirib, sürücü isə ağır xəsarət alıb.
Xatırladaq ki, 31 yaşlı Saniya Şakirova üç uşaq anası idi. O bu il martın 28-dən aprelin 4-dək Vyetnamda keçirilən "Dünya gözəli-2018" gözəllik müsabiqəsinin qalibi olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31