Tələbələr qan xəstəlikləri və qan donorluğu ilə bağlı məlumatlandırılıb

“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi Mingəçevir şəhərində tələbələr arasında ictimai maarifləndirmə tədbirini keçirib.

"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi Mingəçevir şəhərində tələbələr arasında ictimai maarifləndirmə tədbirini keçirib.

"OLAYLAR"-a daxil olan məlumata görə. tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi   "Qan xəstəlikləri və qan donorluğu ilə bağlı ictimai maarifləndirmənin keçirilməsi"  layihəsi çərçivəsində təşkil olunub. Mingəçevir Turizm Kollecində keçirilən tədbirdə təhsil ocağının  36 nəfər tələbəsi iştirak edib.

Tədbiri giriş sözü ilə açan  "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin layihə rəhbəri Emin Nəbili təşkilat haqqında tələbələrə məlumat verərək qan xəstəlikləri və qan donorluğu ilə bağlı cəmiyyətin maarifləndirilməsinin əhəmiyyətindən danışıb.
Emin Nəbili bildirib ki, layihənin məqsədi gənclərin qan xəstəlikləri, qan donorluğu ilə bağlı maarifləndirmək və dövlətin bu istiqamətdə gördüyü işlərə ictimai dəstək verməklə sağlam gələcəyə nail olmaqdır. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutun kiçik elmi işçisi, həkim-hematoloq İradə Kərimova qan xəstəlikləri ilə bağlı tələbələrə ətraflı məlumat verərək, qan donorluğunun əhəmiyyətindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31