Heydər Əliyev Fondu körpələrə bayram sevinci bəxş edib

31 may 2018-ci il tarixində Heydər Əliyev Fondunun dəstəyi və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Dəniz palace” şadlıq sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Sahil qəsəbəsindəki “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyi, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli internat məktəb və Lökbatan qəsəbəsindəki 6 nömrəli Uşaq Somatik Sanatoriyasının uşaqları, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram şənliyi keçirilib.

31 may 2018-ci il tarixində Heydər Əliyev Fondunun dəstəyi və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki "Dəniz palace" şadlıq sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü  münasibəti ilə Sahil qəsəbəsindəki "Müşfiq" Əlil Uşaqlara Yardım İctimai Birliyi, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli internat məktəb və Lökbatan qəsəbəsindəki 6 nömrəli Uşaq Somatik Sanatoriyasının uşaqları, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram şənliyi keçirilib.

"Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış edərək bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, müxtəlif  beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq fərman və sərəncamlar imzalamışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.   Heydər Əliyev Fondunun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Başçı öz çıxışında uşaqların keyfiyyətli təhsil alması, onlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və qayğı ilə əhatə olunması üçün onların sağlam mənəvi və sosial müdafiə mühitində böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının  Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipi olduğunu bildirdi. Daha sonra tədbir bayram konsert ilə davam etdirildi. Cizgi film personajlarının, nağıl qəhrəmanlarının şən zarafatları, rayonda fəaliyyət göstərən 28 nömrəli musiqi məktəbinin,  "Müşviq" Əlil Uşaqlara Yardım İctimai Birliyinin və digər kollektivlərin çıxışları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Tədbirin sonunda  Heydər Əliyev Fondu tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31