Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib
1 İyun 2018 14:12 SosialGələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanaraq keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulub. Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü " münasibəti ilə rayon ərazisində yerləşən "KOALA" istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan uşaqlara nahar süfrəsi açılıb və hədiyyələr verilib. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənləniblər. Tədbirdə "Günay" uşaq teatrının kollektivi uşaqlar qarşısında rəqslər edərək onlarla birlikdə əyləniblər.