Süd Emalı Zavodunda monitorinq aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirmə xarakterli monitorinqlərini davam etdirir.
1 İyun 2018 11:34 SosialAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirmə xarakterli monitorinqlərini davam etdirir.
"OLAYLAR"-a Agentlikdən daxil olan məlumata görə, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi daşıyan monitorinqlər çərçivəsində mayın 31- i Agentliyin mütəxəssisləri "Kürdəmir Süd Emalı Zavodu" MMC-də olublar.
Müəssisə əməkdaşlarına süd və süd məhsullarının qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsi olduğu və bu istiqamətdə təhlükəsizliyin təmin olunması ilə bağlı qarşıya qoyulan tələblər haqqında geniş məlumat verilib.
Müasir standartlara cavab verən, rəqabətə davamlı süd məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının təşkilində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanıb. Monitorinq zamanı müəssisə əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub.