Reyhan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində

İlk dəfə olaraq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Reyhan Camalovanın “Yağış sularından enerji alaq” layihəsi əsasında yığılmış modeli nümayiş olunub.

İlk dəfə olaraq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Reyhan Camalovanın "Yağış sularından enerji alaq" layihəsi əsasında yığılmış modeli nümayiş olunub.

Model öz universallığı ilə seçilir. Belə ki, qurğu istifadə olunmuş sulardan və yağışdan enerji istehsal etmək kimi özəlliyə malikdir.

Qeyd edək ki, sabit "Maqnit Generator"u üzərində ilkin sınaq testlərinin aparılması və əldə edilən nəticələr bu qurğunun təkmilləşdirilərək, məişətdə istifadə olunması üçün zəmin yaradır. Bu isə İran, Özbəkistan, Belarus, Türkiyə kimi ölkələrdən gəlmiş nümayəndələrin marağına səbəb olub.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31