Oğuzun su təchizatı yaşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiyası hesabına Oğuz rayonunda icra olunan layihələr yekunlaşıb. Müqəddəs Ramazan ayında rayonun Astarxanovka və Vladimirovka kəndləri keyfiyyətli içməli su ilə təmin olunub.
31 May 2018 17:09 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiyası hesabına Oğuz rayonunda icra olunan layihələr yekunlaşıb. Müqəddəs Ramazan ayında rayonun Astarxanovka və Vladimirovka kəndləri keyfiyyətli içməli su ilə təmin olunub.
Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, kəndlərə içməli suyun verilməsi münasibətilə Astarxanovka kəndində keçirilən açılış mərasimində Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov regionlarda icra edilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərin yenidən qurulması layihəsi başa çatıb, hazırda kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
"Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, son illər əhalisinin sayı 630 min nəfər olan 520 kənd və qəsəbədə içməli su layihələri icra olunub. 2018-ci ildə əhalisinin sayı 61 min nəfər olan 41 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılacaq. Bu kəndlərin 11-də işlər dövlət investisiya layihəsi, 30-da isə Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 09 aprel 2018-ci il tarixli Sərəncamına əsasən həyata keçirilir. Dövlət investisiya layihəsi çərçivəsində Oğuz rayonunun Astarxanovka, Vladimirovka və Qarabulaq kənlərində yeni su təchizatı infrastrukturları yaradılıb.