“Veysəloğlu”nun Cümhiriyyətlə bağlı filminin təqdimatı keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir.

Belə tədbirlərdən biri mayın 30-da "Veysəloğlu" Şirkətlər Qrupu tərəfindən təşkil olunub. Belə ki, adıçəkilən şirkətin Azərbaycan Xalq Cümhuiriyyətinin 100 illiyinə həsr olunmuş filminin təqdimatı keçirilib.

Nizami Kino Mərkəzində baş tutan  "Cümhuriyyətin 9 şəkli" bədii-sənədli filmin təqdimat mərasimində tanınmış ictimai-siyasi xadimlər, media və KİV nümayəndələr iştirak edib.  
Qeyd edək ki, "Cümhuriyyətin 9 şəkli" bədii-sənədli filmi "Veysəloğlu" Şirkətlər Qrupunun dəstəyi ilə çəkilib. Filmdə baş rolu dahi sənərkat Rasim Balayevin ifa edir. Film Elxan Cəfərovun rejissorluğu və Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31