Tarix İnstitutunda Cümhuriyyət və soyqırımı tarixi araşdırılır

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, “Cümhuriyyət İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Quba bölgəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə” adlı dissertasiya müdafiəsi keçirilib.

Prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamına uyğun olaraq, "Cümhuriyyət İli" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda "Quba bölgəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə" adlı dissertasiya müdafiəsi keçirilib.

Tarix İnstitutundan verilən məlumata görə, dissertasiya işinin müəllifi Rəxşəndə Bayramova, elmi rəhbər isə institutun "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvelldir.

Dissertasiya Şurasının sədri, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoymuşdu.

Bildirilib ki, dissertasiya Quba bölgəsində 1917-1921-ci illərdə cərəyan etmiş proseslərin sistemli şəkildə araşdırıldığı ilk tədqiqat əsəridir.

Dissertant Rəxşəndə Bayramova çıxışında qeyd edib ki, daşnak-bolşevik birliklərinin Quba qəzasında törətdiyi soyqırımı Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) topladığı sənədlər və şahid ifadələri ilə tam sübuta yetirilib: "FTK-nın sənədləri ermənilərin Cənubi Qafqazda, o cümlədən Qubada törətdiyi vəhşilikləri ifşa edən əvəzolunmaz tarixi mənbədir".

Dissertasiya Şurasının iclasında bildirilib ki, R.Bayramovanın 2018-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan "Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində (1917-1920-ci illər)" adlı kitabı çap olunub. Nəşrin elmi redaktoru akademik Yaqub Mahmudovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31