Komitə sədrinin müavini: "Həbsdə elə qadınlar var ki..."
"Həbsdə elə qadınlar var, uşaqları ilə görüşə bilmirlər". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında deyib.
31 May 2018 15:01 Sosial"Həbsdə elə qadınlar var, uşaqları ilə görüşə bilmirlər".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında deyib.
Onun sözlərinə görə, Komitə yalnız həbsdə olan qadınlarla yox, məhbus uşaqlarla da bağlı müxtəlif tədbirlər həyata keçirilir:" Onlarla tez-tez görüşlər olur. Həbsdə elə qadınlar var ki, ailə problemləri olur və uşaqları ilə görüşə bilmirlər. Onlar bu barədə bizimlə görüşdə bildirirlər.
Eyni zamanda Komitəyə çoxlu sayda məktublar göndərir, sosial, eləcə də ailə problemlərinin nizamlanmasında yardım istəyirlər.
Çalışırıq ki, analar uşaqları ilə görüşsünlər. Elə qadınlar var ki, ailə daxili münasibətlər zəmnində cinayət törətdiyi üçün həbsdədir və onlara ailələri tərəfindən münasibətlər fərqli olur".
Sədaqət Qəhrəmanova qeyd edib ki, həbsdə olan qadınları azadlığa çıxandan sonra qarşılaşacağı problemlərə hazırlamaq, onların məşğulluğunu təmin etmək, peşə öyrənmələrinə dəstək istiqamətində müxtəlif layihələr həyata keçirilir.