Uşaqlar gününə özəl sərgi
İyunun 2-də “Xətai Sənət Mərkəzi”ndə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş sərgi nümayiş olunacaq.
31 May 2018 12:59 Sosialİyunun 2-də "Xətai Sənət Mərkəzi"ndə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş sərgi nümayiş olunacaq.
Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdriyyətinin, incəsənət xadimlərinin və rəssamların iştirakı nəzərdə tutulub. Sərginin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin açılış nitqindən sonra baş tutacaq.
Sərgidə 30-a yaxın şagirdin 80-dən çox rəsm əsərlərinin nümayişi gözlənilir. Onlardan əlavə, məktəbin tar, həmçinin nağara ifaçılarının musiqi nömrələri və çıxışları baş tutacaq. Sərginin sonunda tədbir iştirakçılarının diplom və hədiyyələrlə təltif ediləcək.