Çin İctimai Elmlər Akademiyası ilə əməkdaşlıq
Azərbaycan Dillər Universitetində universitetin professor-müəllim heyəti və ADU Konfutsi institutunun əməkdaşları ilə Çin İctimai Elmlər Akademiyasının Dünya Dinləri İnstitutunu, Çin Fəlsəfə İnstitutunu və Çinin Sərhədyani Ərazilərin Tədqiqatı İnstitutunu təmsil edən alimlərdən ibarət nümayəndə heyətinin görüşü baş tutub.
31 May 2018 12:58 SosialAzərbaycan Dillər Universitetində universitetin professor-müəllim heyəti və ADU Konfutsi institutunun əməkdaşları ilə Çin İctimai Elmlər Akademiyasının Dünya Dinləri İnstitutunu, Çin Fəlsəfə İnstitutunu və Çinin Sərhədyani Ərazilərin Tədqiqatı İnstitutunu təmsil edən alimlərdən ibarət nümayəndə heyətinin görüşü baş tutub.
Olaylar.az bildirir ki, Çin İctimai Elmlər Akademiyasının akademiki Vey Daoju, Fəlsəfə İnstitutunun direktor müavini Tsuy Veyxan ÇİEA institutlarının elmi-tədqiqat fəaliyyətləri barədə danışaraq, Azərbaycan Dillər Universiteti ilə elmi əməkdaşlığa böyük maraq göstərildiyini vurğulayıblar.
Tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çinin "Bir kəmər - bir yol" qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşən Konfutsi İnstitutunun elmi-tədqiqat fəaliyyəti, Çin fəlsəfə və tarixinə dair elmi-tələbə seminarlarının mövzusü barədə qonaqlara məlumat verib. Görüşdə iki qurum arasındakı əməkdaşlığın perspektivləri və birgə layihələrin inkişafı üzrə fikir mübadiləsi aparılıb.