Liseyin direktoru və mühasibinə cinayət işi açıldı – Korrupsiya

Təhsil Nazirliyinin Abşeron-Ceyranbatan Peşə Liseyinin direktoru Əliyar Allahverdiyev və liseyin mühasibi Xəqani Məmmədovun barəsində cinayət işi başlanıb.Teleqraf.com xəbər verir ki, Əliyar Allahverdiyev və Xəqani Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib.İttihama görə, Əliyar Allahverdiyev Abşeron-Ceyranbatan Peşə Liseyinin direktoru vəzifəsində işləyərkən həmin liseyin baş mühasibi Xəqani Məmmədovla qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girib.Əliyar Allahverdiyev həmin liseyin pedaqoji işçilərinə və istehsalat təlimi ustalarının əməkhaqqı cədvəlinin hesablanması və verilməsi barədə 2013-2017-ci illər üzrə liseyin nümunəvi ştat, tədris saatları və pedaqoji işçilərin, həmçinin istehsalat təlim ustalarının əməkhaqqı cədbəlini liseyin direktoru kimi imzalayıb.O, həmin məbləğlərdə pulları işçilərə əməkhaqqı şəkilində qanunsuz verilməsini təmin edib, Təhsil Nazirliyinin əmlakını israf etmə yolu ilə talayıb.Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsində istintaq araşdırmaları davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31