AST Telmanın keçmiş işçiləri etiraz edirlər
30 May 2018 18:01 SosialAntalyadakı "Mardan Palace" hotelinin işçiləri etiraz aksiyası keçirib.
Buna səbəb işçilərin altı aylıq əməkhaqlarını və təzminatı ala bilməməsi olub.
"Hotel iflas etdi, qapanıb, deyirlər. Amma açıqlama verən yoxdur. Altı ay keçib. Maaşımızı ala bilmirik", - hotel işçiləri bildirib.
2017-ci ildə maliyyə sıxıntıları ilə üzləşən hotel iflas etdiyi açıqlayaraq, min personalını işdən çıxarıb.
Məlumatlara görə, "Mardan Palace" işçilərinə 16 milyon lirə borcludur.
Xatırladaq ki, hotel əvvəllər azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub.
2009-cu ildə fəaliyyətə başlayan "Mardan Palace"in açılış mərasiminə Paris Hilton, Monika Belluci və Şaron Stoun kimi məşhurlar qatılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31