Prezident Ramazan münasibətilə məscidə 2 min kisə düyü bağışladı
30 May 2018 09:44 SosialMüqəddəs Ramazan ayı münasibəti ilə Liberiya prezidenti bir sıra xeyriyyə işləri görüb. Moderator.az yazır ki, bu haqda emansion.gov.lr saytı xəbər yayıb. Bu Afrika dövlətinin başçısı olan Corc Vea adından ölkənin paytaxtı Monroviyadakı məscidə 2000 kisə düyü, 100 qutu balıq və 2000 dollar bağışlanıb.Qeyd edək ki, 1995-ci ildə "Avropanın ən yaxşı futbolçusu" titulunu almış Corc Vea bundan əvvəl "Qızıl top"a da layiq görülüb. O, 2018-ci ilin yanvarında seçkilərdə qalib gələrək doğma ölkəsi Liberiyanın prezidenti seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31