Təbrizdə bir qadın 6 uşaq dünyaya gətirib.Qaynarinfo xəbər verir ki, Təbriz Əz Zəhra Tibb Mərkəzində 23 yaşlı qadın 4 qız, 2 oğlan uşağı dünyaya gətirib. Hamiləliyin 27-ci həftəsində doğulan uşaqların çəkiləri 580-960 qram arasındadır. Doğuş prosesi qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Körpələrin səhhətində problemin olmadığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31