“Bazarda nitratlı əriklər var” – XƏBƏRDARLIQ
30 May 2018 08:39 SosialEyyub Hüseynov: "Qalan meyvələrlə bağlı tərəfimizdən hər hansı problem müşahidə edilməyib"
Yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq bazarlarda müxtəlif növ meyvə-tərəvəzlərin sayı artmaqdadır. Bəs bu meyvələr arasında insan səhhəti üçün xüsusi risk təşkil edən hansısa meyvələr varmı?Moderator.az -a açqılama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov meyvələrlə bağlı rəhbəri olduğu quruma hər hansı şikayət daxil olmadığını vurğuladı:"Meyvələrlə bağlı bizim quruma hər hansı şikayət daxil olmayıb. Lakin mən tester cihazı vasitəsi ilə monitoriqn həyata keçirəndə bəlli oldu ki, bəzi əriklərin tərkibində nitrat var. Buna səbəb ərik ağacların becərilməsində bu maddədən istifadə edilməsidir. Ancaq bunun xaricində hər hansı problem müşahidə etməmişik".