Müəllimlərin attestasiyası ləğv edilir

Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyası ləğv edilir. 

Məlumata görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, "Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər" attestasiya olunmayacaqlar. 

Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur. Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (apa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31