Zirzəmiyə yıxılan qadın xilas edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1963-cü il təvəllüdlü Qalina Jitkova fərdi yaşayış evinin zirzəmisinə yıxılaraq xəsarət alıb.
29 May 2018 16:03 SosialBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1963-cü il təvəllüdlü Qalina Jitkova fərdi yaşayış evinin zirzəmisinə yıxılaraq xəsarət alıb.
"Olaylar"ın məlumaına görə, FHN xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı zirzəmidən çıxararaq hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verib.
Əməliyyat başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31