Ümumtəhsil müəssisələrində bayram tədbirləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar və "Dəyirmi masa"lar keçirilib.

"OLAYLAR" xəbər verir ki, tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə AXC-nin tarixindən, keçdiyi inkişaf yolundan, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələrdən söhbət açılıb. Qeyd olunub ki, 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirib.

Tədbirlərdə çıxış edənlər müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə irqi, milli, dini, sinfi bərabərsizliyin ləğv edildiyini, bütün vətəndaşların hüquq azadlığının təmin olunduğunu, qadınlara kişilərlə bərabər seçki hüququ verildiyini, ölkənin sərhədlərinin müəyyənləşdirildiyini, dövlət bayrağının qəbul olunduğunu, himn və gerbin hazırlandığını diqqətə çatdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31