Hacı Nuran 10.000 manat ayıracaq
Bir qrup gəncin iştirakı ilə ərsəyə gələn Xeyirxah Kompaniyası “Elektra Events Hall”-da məşhurların iştirakı ilə “Nəfəs festivalı” adlı konsert proqramı keçirib. Konsert bir neçə şirkətin birgə təşkilatçılığı ilə baş tutub.
29 May 2018 12:16 SosialBir qrup gəncin iştirakı ilə ərsəyə gələn Xeyirxah Kompaniyası "Elektra Events Hall"-da məşhurların iştirakı ilə "Nəfəs festivalı" adlı konsert proqramı keçirib. Konsert bir neçə şirkətin birgə təşkilatçılığı ilə baş tutub.
Olaylar.az bildirir ki, əsas məqsəd "Onu Sən Yaşat!" devizi ilə başlanan aksiya çərçivəsində keçirilən konsertdən 8.000 manat əldə olunaraq aksiyaya dəstək verməkdir..
Konsertdə Həyat Fondunun prezidenti Hacı Nuran Hüseynov çıxış edərək Tural Hacıyevin əməliyyatı üçün rəhbərlik etdiyi fonddan 10000 manat ayıracağını bildirib.
Murad Arifin aparıcılığı ilə keçirilən gecədə Elnarə Xəlilova, Ramil Nabran, Nigar Muharrem, Ayaz Babayev, Nadir Nəğd Pul, Natəvan Həbibi, Qurd, Nura Suri, Rauf Əhmədov, Kazım Can, Sima Nəsirova, Orxan Rəhimzadə, Aysel Əlizadə, Nahidə Babaşlı, Emil Bədəlov, Nuray Rəhman, MC Kərim, DJ Çina, DJ Fanurvə DJ Ququ iştirak edərək dəstəyini bildirib. Konsertin yadda qalan hahadisələrindən biri isə Murad Arif vəRamil Nabranın yeni duetlərini ilk dəfə olaraq Nəfəs Festivalında təqdim etməsi olub.