Nazir belaruslu rejissoru qəbul etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun "Aves" kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.

Olaylar.az bildirir ki, görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib, bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub. Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31