Restoranlarda səslənən musiqi yemək seçimlərinə təsir edir - ARAŞDIRMA

İsveçdə aparılan bir tədqiqatda restoranlarda çalınan alçaq və ya yüksək səsli musiqilərin sifariş olunan yeməklərə təsir etdiyi müəyyən olunub.Moderator.az xəbər verir ki, təcrübədə bir klubda fərqli musiqi növləri fərqli səs səviyyələrində səslənib.Araşdırma nəticəsində müştərilərin yüksək səsli musiqi səslənən zaman hamburger və kartof qızartması kimi daha yağlı qidalara üstünlük verdikləri, aşağı səs səviyyəsində səslənən musiqidə isə salat kimi daha sağlam qidalar sifariş etdikləri ortaya çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31